SON XƏBƏRLƏR

Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub

2026.10.20, 17:37
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub

Gunaz.tv

Traxtur Azərbaycan klubunun türk xalqına qarşı səsləndirilən irqçi təhqirlərə etiraz olaraq Bəndər Ənzəli Malavanı ilə oyuna çıxmaqdan imtina etməsi Türkiyə mediasında geniş işıqlandırılıb.

Sözcü, Türkiye Gazetesi, Haber7 və TGRT kimi media orqanları etirazı işıqlandırmaqla yanaşı, Traxturun sahibi Məhəmmədrza Zünuzinin İran Premyer Liqasından çəkilmək ehtimalı ilə bağlı xəbərdarlığına da diqqət çəkiblər.

Bu media orqanları Traxturun Azərbaycan türkləri arasında daşıdığı kimlik əhəmiyyətini vurğulayaraq, baş verənləri sadəcə futbol mübahisəsindən daha geniş bir məsələ kimi qiymətləndiriblər.

Türk xalqının dilinə, kimliyinə və ləyaqətinə qarşı təhqirləri futbol həyəcanının arxasında gizlətmək olmaz. İrqçilik qarşısında susmaq ayrı-seçkiliyin davam etməsinə şərait yaradır.

Müstəqil Baydaq mediası bu təhqirləri pisləyir, Traxturun qərarını qətiyyətlə dəstəkləyir və Qaşqay, Azərbaycan, türkmən, Xorasan və Xələc türklərini dinc həmrəylik nümayiş etdirərək klubun yanında olmağa çağırır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar