SON XƏBƏRLƏR

Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər

2026.10.20, 11:01
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hərbi əməliyyatları istənilən vaxt dayandıra biləcəyini bildirib.

Gunaz.tv

Tramp bu barədə Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

ABŞ Prezidenti bildirib ki, İranın nüvə silahı əldə etmək imkanları aradan qaldırılıb və buna görə də Vaşinqton hərbi əməliyyatları davam etdirməyə məcbur deyil.

“Onların nüvə silahı ola bilməz və olmayacaq. Kimsə dedi ki, siz [əməliyyatlardan] elə indi çıxa bilərsiniz. Bu, doğrudur. Biz elə indi çıxa bilərik”, – Tramp bildirib.

O, ötən ilin iyununda ABŞ-nin B-2 strateji bombardmançı təyyarələri ilə İranın nüvə obyektlərinə endirdiyi zərbələri xatırladıb.

Trampın sözlərinə görə, həmin əməliyyat İranın nüvə silahı əldə etmək imkanlarını məhdudlaşdırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar