SON XƏBƏRLƏR

Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır

2026.10.18, 19:09
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır

Gunaz.tv

Ərəb Körfəzi Əməkdaşlıq Şurasının baş katibi İran İslam Respublikasının Hörmüz boğazındakı addımlarını “təhlükəli” adlandırıb və bu addımların gəmiçiliyin təhlükəsizliyini hədəfə aldığını bildirib.

O, oktyabrın 18-də, bazar günü Bəhreyndə keçirilən şuranın iclasında husilərin hücumlarını “cinayətkar və qəsdən törədilmiş əməl” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti bu hücumlara qarşı qəti mövqe nümayiş etdirməyə çağırıb.

Bəhreynin xarici işlər naziri Səudiyyə Ərəbistanına hücumun bütün Ərəb Körfəzi ölkələrinə qarşı hücum olduğunu bildirib. O, ölkəsinin Ər-Riyadın özünümüdafiə məqsədilə atdığı addımları dəstəklədiyini vurğulayıb.

Nazir, həmçinin Ərəb Körfəzi ölkələrinin təhlükəsizliklərinə təsir edən bütün danışıqlarda iştirak etməli olduqlarını qeyd edib və Vaşinqtonla Tehran arasında Oman və Qətərin vasitəçilik səylərinə dəstəyini ifadə edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar