SON XƏBƏRLƏR

İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq

2026.10.18, 13:10
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq

Gunaz.tv

İsrailin müdafiə naziri İsrael Kats İranla mümkün yeni hərbi qarşıdurma barədə sərt açıqlamalar verərək, İsrailin hücumları bərpa etməyə hazır olduğunu bildirib. O, bu dəfə İranın enerji obyektlərinin də hədəflər siyahısına daxil ediləcəyini deyib.

Kats İsrailin “Kanal 14” telekanalına müsahibəsində ABŞ və İsrailin son müharibə zamanı İrana ümumilikdə 35 min bomba atdığını iddia edib. Onun sözlərinə görə, bombaların böyük hissəsini İsrail istifadə edib.

Nazir bildirib ki, İsrail İrana bütün gücü ilə yenidən zərbə endirməyə hazırdır. O, enerji obyektlərinin vurulmasının İranı “40 il geriyə, daş dövrünə qaytarmaq” məqsədi daşıyacağını söyləyib.

Bu açıqlamalar İsrailin “İsrael Hayom” qəzetində İran əleyhinə yeni hücum ehtimalının Vaşinqton və Qüdsdə daha ciddi müzakirə olunduğu barədə dərc edilən yazıdan sonra səsləndirilib. Qəzet mümkün hücumun ABŞ və İsraildə keçiriləcək seçkilərdən əvvəl başlaya biləcəyini irəli sürüb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar