SON XƏBƏRLƏR

ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər

2026.10.11, 10:01
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər

Gunaz.tv

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, Donald Tramp administrasiyasının İranı təcrid etmək siyasəti maliyyə sanksiyaları ilə yanaşı, hökumət rəsmilərinin xarici səfərlərinin məhdudlaşdırılmasını da əhatə edir.

Bessent SEPAH üzvlərinin xarici səfərlərini tənqid edərək bildirib ki, onlar artıq Londonda “plastik cərrahları”, Parisdə məşuqələri və Cenevrədəki pulları ilə bağlı səfərlər edə bilməyəcəklər.

O əlavə edib: “Əgər İranı sevirlərsə, indi elə orada ilişib qalıblar və bundan həzz ala bilərlər”.

ABŞ-ın maliyyə naziri, həmçinin “The New York Times” qəzetinin son hesabatına istinad edərək, Vaşinqtonun addımlarının SEPAH üzvləri arasında narahatlıq və təşviş yaratdığını bildirib.

Bessent vurğulayıb ki, ABŞ-ın İranla bağlı bu sahədə atdığı addımların əvvəllər analoqu olmayıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar