SON XƏBƏRLƏR

Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?

2026.10.18, 11:00
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarının güclənməsi və Ər-Riyadın dəstəklədiyi qüvvələrlə toqquşmaların yenidən alovlanması fonunda Misir Prezidenti Əbdülfəttah əs-Sisi Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi üçün parlamentin icazəsinin alınması məqsədilə fövqəladə iclas çağırılmasını istəyib.

Əs-Sisi oktyabrın 17-də Misirin Səudiyyə Ərəbistanının təhlükəsizliyini müdafiə etmək üçün zəruri addımları atmağa hazır olduğunu bildirib. Bununla belə, mümkün hərbi müdaxilənin Ər-Riyadın müraciətindən və Misir parlamentinin təsdiqindən asılı olacağını vurğulayıb. Parlament isə müraciəti müzakirə etmək üçün bazar günü iclas keçirəcəyini açıqlayıb.

Eyni zamanda, “The Guardian” qəzeti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəməndə döyüşlərə qayıtmaq üçün Səudiyyə Ərəbistanı ilə razılığa gəldiyini yazıb. Məlumata görə, Əbu-Dabi Yəmənin cənubundakı qüvvələrə, o cümlədən “Əl-Amaliqa” briqadalarına maliyyə dəstəyini bərpa edəcək, Səudiyyə Ərəbistanı isə həmin qüvvələrə havadan dəstək verəcək.

Bu hadisələr husilərin irəliləyişi və Səudiyyə Ərəbistanının infrastrukturuna qarşı raket və dron hücumları fonunda baş verir. Mövcud vəziyyət husilərə qarşı qüvvələrin gücləndirilməsi istiqamətində səyləri artırıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar