SON XƏBƏRLƏR

Bloomberg: Rusiya İranı raketlərlə təmin edir

2026.10.11, 12:05
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir

Gunaz.tv

Bloomberg Qərb rəsmilərindən birinə istinadən xəbər verib ki, Rusiya İrana raket tədarük edir. Bu məlumat Rusiyanın istehsal etdiyi yeni silahların İranın arsenalına daxil edilməsi ilə bağlı daha əvvəlki kəşfiyyat qiymətləndirməsi ilə üst-üstə düşür.

Məlumata görə, İran ABŞ və İsrailin hücumlarına baxmayaraq, raket və pilotsuz uçuş aparatları istehsal edən müəssisələrini qoruyub saxlaya bilib və hərbi arsenalını bərpa etmək üçün silah istehsal etmək imkanına malikdir.

Qərb rəsmilərindən biri Bloomberg-ə bildirib ki, İran hələ də xeyli sayda ballistik raketə və bəzi gəmi əleyhinə silahlara sahibdir. Onun sözlərinə görə, İran bu silahların sayını qısa müddətdə artıra bilər.

Bloomberg daha əvvəl, iyunun 12-də də Qərb müttəfiqlərinə istinadən yazmışdı ki, İran, ehtimal ki, Rusiyada yeni istehsal olunmuş silahları öz arsenalına daxil edib və səkkiz həftəlik atəşkəs dövründə raket potensialının böyük hissəsini bərpa edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar