SON XƏBƏRLƏR

Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib

2026.10.14, 11:00
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib

Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan güney azərbaycanlı folklorşünas, tədqiqatçı və yazıçı Aqşın Ağkəmərli vəfat edib.

Gunaz.tv

Bu haqda onun ailəsi bildirib.

Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüb və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə başa vurub, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləyib.

Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlayıb. Bakıda və Tehranda yayımlanan "Kibritçi qız" (1990), "Dondurmaçı" (1995), "Bizi yaşadan tarix" (2001), "Öpdüm Arazı" (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir.

Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini ərəb əlifbasına çevirərək İranda nəşr etdirib. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. A.Ağkəmərlinin baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində "Mişov dağı" adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.

Aqşin Ağkəmərli çağdaş Güney Azərbaycan ədəbiyyatında şair, nasir və publisist kimi tanınır. 1990-cı ildən Bakıda və Tehranda yaşayırdı.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar