SON XƏBƏRLƏR

İslam Respublikasının süqutu  bu halda baş verə bilər- Ərdestani

2026.10.14, 10:19
İslam Respublikasının süqutu  bu halda baş verə bilər- Ərdestani

Sistemin strukturu yalnız hərbi hücumlarla devrilməyəcək və bu ciddi dəyişiklik ehtimalı insanlar küçələrə çıxdıqda yarana bilər.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdestani deyib.

O, mediaya verdiyi müsahibədə ABŞ-nın İrana hücum ehtimalının yüksək olduğunu bildirib:

"Ola bilsin ki, ABŞ yeni hücumlarda komandirləri və yüksək səviyyəli liderləri şəhid edəcək".

Millət vəkili hücum olacağı təqdirdə İranın İsraili hədəf alacağını söyləyib:

"İranda bomba partlayarsa, cavab tədbirləri görülməsi və İsraildəki Dimona obyektinin hədəfə alınması ehtimalı da var".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar