SON XƏBƏRLƏR

Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi

2026.10.14, 18:36
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi

Gunaz.tv

Təbrizli rejissor Məhəmməd Əlimordi İnstaqram səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı işçilərlə bağlı müşahidələrini bölüşüb. Onun sözlərinə görə, bu insanlar iş və gəlir əldə etmək ümidi ilə Türkiyəyə üz tuturlar.

Əlimordi yazısında türkcə bilməmələrinə baxmayaraq, Dənizliyə işçilik etməyə gedən İsfahanlı bir ailədən bəhs edib. O, əvvəllər universitetdə işləyən bir kişinin daha çox gəlir əldə etmək üçün zəlzələdən zərər çəkmiş Hatay şəhərində tikinti-texniki xidmət sahəsində işləməyə getdiyini də qeyd edib.

Rejissor həmçinin hərbi xidmətlərini cəmi iki ay əvvəl başa vurmuş üç təbrizli gəncin əsgərlik çantaları ilə Türkiyəyə yollandığını yazıb. Gənclər orada iş tapmağa və öz həyatlarını qurmağa ümid edirlər.

Əlimordinin müşahidələrində sadə işçilər, ixtisaslı işçilər, ailələr və gənclər yer alır. Onun paylaşımı sərhədin o tayında iş və daha yaxşı qazanc axtaran insanların vəziyyətini əks etdirir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar