SON XƏBƏRLƏR

Rubio: Əhəmənilər talançı idilər

2026.10.11, 10:45
Rubio: Əhəmənilər talançı idilər

Gunaz.tv

ABŞ-ın dövlət katibi Marko Rubio Afinada çıxışı zamanı Əhəməni hökmdarı Kserksin e.ə. 480-ci ildə Yunanıstana yürüşünə toxunaraq, Afina məbədlərinin dağıdılmasından və yunanların İran ordusuna qarşı müqavimətindən danışıb.

Rubio 2026-cı il oktyabrın 7-də Afinanın tarixi Pniks ərazisindəki çıxışında bildirib ki, Kserksin qoşunları Afinaya daxil olarkən şəhər sakinlərinin əksəriyyəti gəmilərlə yaxınlıqdakı adalardan birinə qaçmışdı. Lakin bir qrup şəhər sakini Akropolun daş qalasında qalaraq Əhəməni ordusuna müqavimət göstərmişdi.

ABŞ dövlət katibi əlavə edib ki, İran qüvvələri Akropola daxil olduqdan sonra yunanların məbədlərini və ibadətgahlarını talan edərək yandırıblar.

Rubio çıxışının digər hissəsində Termopil döyüşünə və 300 spartalının İran ordusuna qarşı məşhur müqavimətinə də toxunub. O, bu döyüşü qədim Yunanıstan tarixində fədakarlığın, sədaqətin və vəzifəyə bağlılığın rəmzi kimi səciyyələndirib.

Rubio vurğulayıb ki, bu dəyərlər Qərb sivilizasiyasının mənəvi əsaslarının formalaşmasında rol oynayıb və Qərb ölkələri öz tarixi və mədəni irsini qorumaq üçün səy göstərməlidirlər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar