SON XƏBƏRLƏR

Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir

2026.10.13, 15:39
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir

GünazTV xəbər verir ki, Bakıda 152 nömrəli tam orta məktəbdə şagirdlər dərsə məktəbli formasında gəlir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər.

Gunaz.tv

Bu qaydaları əməl edən təhsil müəssisələrindən biri də ölkəmizdə yaşayan yəhudi əsilli vətəndaşlarımızın da təhsil aldığı "Xabad Or-Avner" təhsil mərkəzidir. Mərkəzdə təhsil alan şagirdlər digər məktəblilərlə eyni qaydada vahid məktəbli forması geyinir, əlavə aksesuarlardan istifadəyə yol verilmir.

Valideynlər də yeni qərardan sonra övladlarının məktəbə hansı geyimdə gəlməsinə daha ciddi nəzarət etdiklərini bildirirlər. Onların sözlərinə görə, uşaqların müəyyən olunmuş geyim tələblərinə uyğun şəkildə dərsə gəlməsinə xüsusi diqqət yetirirlər.

Qeyd edək ki, fərqli mənsubiyyətlərə sahib uşaqların eyni məktəbdə ortaq qaydalara əməl etməsi bərabər təhsil mühitinin qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşmada əsas olan şagirdlərin fərqlərini qabartmaq deyil, onların birlikdə, qarşılıqlı hörmət şəraitində təhsil almasını önə çəkməkdir.

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar