SON XƏBƏRLƏR

Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı

2026.10.20, 20:37
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı gələn həftə keçiriləcək parlament seçkilərində onun “möhtəşəm qələbə” qazanacağına ümid etdiyini bildirib.

Netanyahu söhbətin videosunu yayımlayaraq İsrailə İrana qarşı hücumlarda qoşulduğuna görə Trampa təşəkkür edib və iki ölkənin qarşıda hələ “yarımçıq işi” olduğunu deyib. O, bu işi birlikdə başa çatdıracaqlarını vurğulayaraq İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəklərini bildirib.

Netanyahunun açıqlamaları İsrail və ABŞ-ın İrana qarşı yenidən hərbi əməliyyat keçirməsi ehtimalı ilə bağlı müzakirələri gündəmə gətirib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar