SON XƏBƏRLƏR

Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib

2026.10.21, 16:09
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib

Təhlükəsizlik məmurları Təbrizdə Vəhid Vidafər adlı həbs ediblər.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

O, sosila mediada İsrailin baş naziri Benyamin Netaniyahunun paylaşımını "bəyəndiyi" üçün saxlanılıb.

Bildirilib ki, Nidafər avqustun 5-də həbs olunsa da, ailəsinə məsələni ictimailəşdiməmək üçün təhdid edilib və həbs xəbəri oktyabrın 20-də yayılıb.

Bir neçə həftə Kəşfiyyat Nazirliyinin yerli istintaq təcridxanasında dindirilən Vəhid Nidafər hazırda Təbriz həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Onun barəsində hansı ittihamın irəli sürüldüyü barədə açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar