SON XƏBƏRLƏR

İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir

2026.10.22, 18:48
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir

İranla sərhəd-keçid məntəqəsinin bağlanması narkotik və saxta pul qaçaqmalçılığının qarşısını almaq məqsədi daşıyır

Gunaz.tv

Bunu İraq hökumətinin müşaviri Əbdül Əmir Təiban deyib.

İranla sərhəddə yerləşən Əl-Şeyb sərhəd-keçid məntəqəsinin bağlanması narkotik vasitələrin və saxta pulun İraqa daxil olmasının qarşısını almaq üçün zəruri addım olub. O, qərarın ABŞ-ın təzyiqi və ya İrana qarşı blokada tətbiq etmək cəhdləri nəticəsində qəbul edildiyini təkzib edib.

Televiziya müsahibəsində Təiban bildirib ki, İraq hakimiyyəti sərhəd-keçid məntəqələrində narkotik vasitələrin və saxta pulun qaçaqmalçılığı da daxil olmaqla, müxtəlif qanun pozuntuları qeydə alıb. O, bu fəaliyyətlərdə İran tərəfdə fəaliyyət göstərən ayrı-ayrı şəxsləri və tacirləri günahlandıraraq, İraq hakimiyyətinin ölkə iqtisadiyyatını qorumaq və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün tədbirlər görməli olduğunu vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar