Bu barədə parlamentin bəyanatında bildirilib.
Nümayəndələr Palatası əs-Sisinin müraciəti əsasında oktyabrın 18, 19 və 26-da keçirilən qapalı iclaslardan sonra qərarı üçdə iki səs çoxluğu ilə təsdiqləyib.
Bəyanatda qeyd olunub ki, Ər-Riyadla koordinasiya şəraitində həyata keçiriləcək tədbirlər Səudiyyə Ərəbistanının ərazisini, suverenliyini və müqəddəs məkanlarını istənilən xarici təcavüzdən qorumağa yönəlib.
Əs-Sisi Səudiyyə Ərəbistanının Misirdən yardım istəyə biləcəyi təqdirdə müdafiə dəstəyinin göstərilməsi üçün parlamentdən müvafiq səlahiyyət istəyib.
Misir prezidenti ötən həftə bildirib ki, mümkün hərbi dəstək Yəmənə hücumları əhatə etməyəcək və Səudiyyə Ərəbistanının ərazisinin və sərhədlərinin müdafiəsinə yönələcək.
Bundan əvvəl Misirin Milli Müdafiə Şurası da Səudiyyə Ərəbistanına müdafiə dəstəyi göstərməyə hazır olduğunu bəyan edib və regionda gərginliyin artmasının qarşısını almaq üçün diplomatik səyləri dəstəkləyib.
C