SON XƏBƏRLƏR

Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu

2026.10.27, 16:33
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu

Həmədan əyalətinin Nəhavənd rayonunda qoz yığımı zamanı yüksək gərginlikli elektrik kabelləri ilə toqquşma nəticəsində 47 yaşlı işçi həlak olub.

Gunaz.tv

Bu haqda Həmədan əyalətinin Məhkəmə Tibbi Ekspertizası məlumat yayıb.

Bildirilib ki, bu ilin ilk 6 ayında elektrik cərəyanı vurması nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 60% artıb.

Cari qoz yığımı mövsümündə Həmədan əyalətində ağacdan yıxılma və elektrik cərəyanı vurması nəticəsində 5 nəfər ölüb, 323 nəfər isə yaralanıb.

 Qəzaların əksəriyyətinin iş təhlükəsizliyi qaydalarının qorunmaması və işçilərin lazimi avadanlıqlarla təchiz olunmamaları səbəbindən baş verdiyi bildirilib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar