SON XƏBƏRLƏR

Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib

2026.10.28, 18:02
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib.

Gunaz.tv

Bu barədə TÜRKPA-dan məlumat verilib.

Bildirilib ki, Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin, müstəqil, güclü və qüdrətli dövlətlər olaraq bir-birlərinə dəstək verərək Türk dünyası üçün dayaq olmağın vacibliyini vurğulayıb.

Ramil Həsən isə Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsinin, hər iki dövlətin bir-birinə hörmət və dəyərlə yanaşmasının, iki ölkə liderinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın öndərliyi ilə həyata keçirilən siyasətin daha da gücləndirilməsinin çox vacib olduğunu qeyd edib.

O, Azərbaycan və Türkiyənin mövcudluğunun digər türk dövlətləri üçün bir bayraqdar rolunu oynadığını xüsusilə vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar