SON XƏBƏRLƏR

Çindən İrana yük daşımalarının qiyməti bir neçə dəfə artıb

2026.10.30, 11:06
Çindən İrana yük daşımalarının qiyməti bir neçə dəfə artıb

Çindən İrana 40 futluq konteynerin daşınmasının dəyəri beş dəfə artıb və Türkiyə sərhədində 4000-dən çox yük maşını və TIR ilişib qalıb.

Gunaz.tv

Bunu Tehran Ticarət Palatasının Nəqliyyat Komissiyasının rəhbəri Peyman Sənəndəci deyib.

O, sərhədlərdə avtomobil və dəmir yolu nəqliyyatının davam etdiyini və əksər sərhəd problemlərinin həll olunduğunu, lakin İraqla Şələmçə sərhədinin hələ də problemlərlə üzləşdiyini bildirib.

Sənəndəci əlavə edib ki, əvvəllər Çindən 40 futluq konteynerin daşınmasının qiyməti 2700-2800 dollar civarında idisə, indi təxminən 13600 dollara çatıb:

"Daşınma xərclərinin artması və malların daşınma müddətinin uzanması əsas mallar da daxil olmaqla, malların son qiymətini artıra bilər".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar