SON XƏBƏRLƏR

Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı

2026.10.29, 14:53
Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı

Küveyt ölkənin daxili işlər nazirinə sui-qəsd hadisəsinə cəhddən sonra İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Gunaz.tv

Bu haqda Reuters xəbər agentliy məlumat yayıb.

"Küveytin Xarici İşlər Nazirliyi İran İslam Respublikası səfirliyinin bu ölkənin yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsdin hazırlanması işi ilə bağlı bəyanatına cavab olaraq, İran səfirini çağırıb və ona rəsmi etiraz notası təqdim edib",- məlumatda bildirilib.

Küveyt Xarici İşlər Nazirliyi bəyan edib ki, İslam Respublikası səfirliyinin bəyanatı “daxili işlərə aşkar müdaxilə” və bu ölkənin məhkəmə sisteminin suverenliyi və müstəqilliyinə qəsddir. 

Küveyt məhkəməsi İran vətəndaşı Əbdülrza Heydər Dehqani də daxil olmaqla üç nəfəri İslam Respublikasına casusluq etmək, Livanın Hizbullah təşkilatı ilə əməkdaşlıq etmək və daxili işlər naziri də daxil olmaqla Küveyt rəsmilərinə qarşı sui-qəsd hazırlamaq ittihamları ilə edam cəzasına məhkum edib.

İranın Küveydəki səfirliyi isə bəyanat yayaraq ittihamları rədd edib, İran vətəndaşının son on ildə Küveytdə olmadığını və ittihamları əsassız ssenarilər adlandırıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar