SON XƏBƏRLƏR

Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir

2026.10.29, 10:56
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir

ABŞ prezidenti Donald Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətində olduğunu bildirib.

Gunaz.tv

Tramp bu barədə Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən danışıb.

“İranla müharibəyə son qoymalıyam və bunu çox tez edəcəyəm. Onlar çox ağır zərbələr alıblar, biz bu işi bitirəcəyik”, - Tramp deyib.

Tramp, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağını vurğulayıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar