SON XƏBƏRLƏR

İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi

2026.10.29, 09:59
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan Artin Qəzənfəri 26 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu haqda Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsi Qəzənfəriyə "media fəaliyyəti"nə görə 20 il, "əlbir olmaq və toplaşmaq" ittihamına görə 5 il və "hökumətə qarşı təbliğat" ittihamına görə isə 1 il həbs cəzası verib.

Cari ilin 19 yanvarında həbs edilən bəhainin ürək çatışmazlığından əziyyət çəkdiyi, müayinə və müalicəsinə icazə verilmədiyi bildirilib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar