SON XƏBƏRLƏR

Tramp və Netanyahu İranla bağlı telefon danışığı aparıblar

2026.11.01, 10:05
Tramp və Netanyahu İranla bağlı telefon danışığı aparıblar

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp şənbə günü, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

“Wall Street Journal” qəzeti telefon danışığından xəbərdar olan şəxslərə istinadən yazıb ki, bu təmas ABŞ-ın İrana qarşı hərbi hücumları yenidən başlatmağa hazırlaşdığı bir vaxta təsadüf edib.

Danışıq Trampın Ağ Evdə yüksək rütbəli hərbi komandirlərlə görüşündən və regionda genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün mümkün variantları müzakirə etməsindən bir neçə gün sonra baş tutub.

Qəzet daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin Ağ Evə gələrək İrana mümkün hücum variantlarını Trampa təqdim etdiyini yazmışdı.

Telefon danışığı Trampın ABŞ-da aralıq seçkiləri ərəfəsində Respublikaçı seçicilərin dəstəyini artırmağa çalışdığı bir vaxta da təsadüf edib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar