SON XƏBƏRLƏR

İranda təkdırnaqlı heyvanların ətinin satışı çoxalıb

2026.11.03, 13:13
İranda təkdırnaqlı heyvanların ətinin satışı çoxalıb

İranda inflyasiyanın artması ilə eyni vaxtda təkdırnaqlı heyvanların (at və eşşək) ətinin satışının da artdığı bildirilir.

Gunaz.tv

Bu haqda Savə şəhərinin Baytarlıq İdarəsinin başçısı Mehdi Kəlantər Qureyşi bildirib.

O, İLNA xəbər agentliyinə müsahibəsində bu barədə danışıb:

"Külli miqdarda eşşək əti Savə şəhərinin kənarındakı bir fermada qanunsuz və sanitariya qaydalarına uyğun olmayan şəkildə hazırlanıb, qablaşdırılıb və Tehrana göndərildiyi zaman aşkarlanıb".

Bundan əvvəl isə İran Baytarlıq Təşkilatının Səhiyyə, Profilaktika və Qida Təhlükəsizliyi bölməsinin direktoru Əlirza Əkbərşahi at və eşşək ətinin satışına icazə verilməsi ilə bağlı müraciətlərin olduğunu bildirib:

"Ölkənin bir neçə əyalətində təkdırnaqlıların ətinin satışına icazə verilməsi ilə bağlı müraciətlər olsa da, hələlik bu baş tutmayıb".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar