SON XƏBƏRLƏR

Ceremi Hantdan İran əsilli vətəndaşlara xəbərdarlıq: “İrana getməyin, həbs oluna bilərsiniz”

2021.10.20, 07:36
Ceremi Hantdan İran əsilli vətəndaşlara xəbərdarlıq: “İrana getməyin, həbs oluna bilərsiniz”

Gunaz.tv

GünAzTV: Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant sentyabrın 19-da bəyanat yayaraq İran əsilli Böyük Britaniya vətəndaşlarına İrana səfərin təhlükəli olması barədə xəbərdarlıq edib. 

 

O bildirib ki, Böyük Britaniyanın ikili vətəndaşlığı olan İran əsilli vətəndaşları imkan daxilində İrana səfərdən vaz keçməli və bu kimi səfərlərin təhlükələri barədə düşünməlidirlər: “Böyük Britaniyanın İran əsilli vətəndaşlarına xəbərdarlıq edirik ki, onlar İrana səfər edəcəkləri təqdirdə təhlükə ilə üz-üzə qala, həbs edilə bilərlər. Tövsiyə edirik ki, İrana qeyri-zəruri səfərlərdən imtina edəsiniz.

 

Təəssüflər olsun ki, biz keçmişdə İrana səfər edənlərin müxtəlif bəhanələrlə həbs olunması ilə bağlı xoşagəlməz halların şahidi olmuşuq. İran hökuməti ikili vətəndaşlığı tanımır. Məhz buna görə də, ölkəyə səfər edən, ikili vətəndaşlığı olan şəxslər həbs təhlükəsi ilə üz-üzə qalırlar. Bir daha üzümü İran mənşəli Böyük Britaniya vətəndaşlarına tutub deyirəm ki, İrana səfərdən imtina edin. Çünki, İranda həbs ediləcəyiniz təqdirdə bizim sizə yardım etməyə imkanlarımız çox məhduddur”.

 

 

Qeyd edək ki, bundan əvvəl öz valideyn və qohumlarını görmək üçün İrana səfər edən Böyük Britaniyanın bir çeçə vətəndaşı casusluqda günahlandırılaraq həbs edilib. Bunlardan biri, 5 il həbsə məhkum edilərək Tehranın Evin zindanında saxlanılan Nazənin Zağəri, digəri isə Londonda incəsənət fəlsəfəsi ixtisaı üzrə təhsil alan və incəsənət əsərlərinin sərgilənməsi işi üzrə fəaliyyət göstərən gənc tələbə Ərəs Əmiridir. Bu ilin mart ayında İrana səfər edən Ərəs Əmiri naməlum səbəblərə görə həbs edilib. Hazırda o Tehranın Evin zindanında saxlanılır.

 

İrana səfərdə həbs edilən Ərəs Əmiri

 

İrana səfərdə həbs edilən Nazənin Zağəri

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar