SON XƏBƏRLƏR

“Ceyş ül- Ədl” təşkilatı girov götürdüyü iranlı hərbçiləri dəyişməyə hazır olduğunu bildirib

2021.10.20, 07:36
“Ceyş ül- Ədl” təşkilatı girov götürdüyü iranlı hərbçiləri dəyişməyə hazır olduğunu bildirib

Gunaz.tv

GünAzTV: İranda sünni məzhəbli bəlucların dini və milli hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” təşkilatı oktyabrın 27-də bəyanat yayaraq, iki həftə əvvəl girov götürdüyü iranlı hərbçiləri dəyişməyə hazır olduğunu bildirib.

 

Təşkilat, yaydığı bəyanatda Beynəlxalq Qızıl Xaç və Aypara cəmiyyətlərinə müraciət edərək, bir sıra tələblərinin yerinə yetirilməsi qarşılığında girov götürdüyü hərbçilərin dəyişdirilməsi üçün onunla İran rejimi arasında vasitəçilik etməyi xahiş edib.

 

Bəyanatda bildirilir ki, “Ceyş ül- Ədl” təşkilatı, dini və siyasi əqidəsinə görə Kərəcin Rəcayişəhr zindanında saxlanılan bəluc və digər etnik qruplarından olan bir sıra siyasi məhbusların, o cümlədən də bir qrup qadın siyasi məhbusların azadlığa buraxılması qarşılığında girov götürdüyü hərbçiləri sərbəst buraxmağa hazırdır.

 

Həmçinin, “Ceyş ül- Ədl”in girov götürdüyü hərbçilərin azadlığa buraxılması müqabilində digər tələblərindən biri də, rejimin sünni məzhəbli əhalisinin dini mədrəsə və məscidlərinə qarşı hücumu dayandırması, bəluc xalqına qarşı yürütdüyü qırğın siyasətinə son qoymasıdır.  

 

Xatırladaq ki, oktyabrın 16-sı sübh saat 04:00 radələrində İranın Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətinin Mircavə şəhərinin 50 kilometrliyində yerləşən Lüləkdan sərhəd məntəqəsində, müxalif yaraqlı bəluclar 14 iranlı sərhəd hərbçisini girov götürüblər. Girov götürülən hərbçilərdən 5-i İran hüquq-mühafizə qüvvələrinin əməkdaşları, 7-si isə “Sepah” muzdlularıdır.

 

"Ceyş ül-Ədl" (Ədalət ordusu) yaraqlıları

 

Hadisədən az sonra İranın sünni məzhəbli bəluclarının milli və dini hüquqları uğrunda mübarizə apardığını bildirən “Ceyş ül- Ədl” (Ədalət ordusu) təşkilatı bəyanat yayaraq hadisənin məsuliyyətini öz üzərinə götürüb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar