SON XƏBƏRLƏR

Zelenski: “Bayraktar”ı müdafiə məqsədilə istifadə edirik”

2021.10.29, 19:40
Zelenski: “Bayraktar”ı müdafiə məqsədilə istifadə edirik”

Gunaz.tv

Bunu ölkə prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, “Bayraktar”ın istifadə edilməsi heç bir razılaşmanı pozmur.

“Ukrayna ordusu öz torpaqlarını müdafiə etmək zərurətini hiss etdiyi üçün bunu edir”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, Ukrayna ordusu Donbasda Türkiyədən satın alınan "Bayraktar TB2" PUA-sı ilə Sovet dövründən qalma D-30 topunu məhv edib. 

Onlar Ukraynanın PUA-dan istifadə etməsinin Minsk razılaşmasına zidd olduğunu iddia ediblər. Müqavilə təmas xəttindən 30 km məsafədə “xarici PUA-ların” istifadəsini qadağan edir. Ancaq “Bayraktar TB2” xarici”ölkəyə deyil, Ukrayna dövlətinə məxsusdur.

Ukrayna 2020-ci il dekabrın 14-də Türkiyə ilə ölkənin silahlı qüvvələri üçün hərbi gəmilər və zərbə tipli PUA-ların istehsal edilməsi ilə bağlı müqavilə imzalayıb. Qeyri-rəsmi məlumatlara görə, bu müqavilənin məbləği 69 milyon dollar olub. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar