SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: “İran inkişaf etdirilmiş sentrifuqaların istehsalına, uranı yüksək səviyyədə zənginləşdirməyə hazırdır”

2021.10.20, 07:36
Əli Əkbər Salehi: “İran inkişaf etdirilmiş sentrifuqaların istehsalına, uranı yüksək səviyyədə zənginləşdirməyə hazırdır”

Gunaz.tv

GünAzTV: İran Atom Enerjisi Təşkilatının rəisi  Əli Əkbər Salehi, sentyabrın 11-də jurnalistlərə açıqlamasında, ölkəsinin sentrifuqların istehsalını və uranın zənginləşdiriləməsi ilə bağlı fəaliyyətini yenidən bərpa etməyə hazırlığından danışıb.

 

Salehi bildirib ki, Amerikanın nüvə sazişindən çıxmasına baxmayaraq, rəsmi Tehran, Qərblə İran arasında imzalanmış nüvə sazişinin qorunub saxlanmasına hələ də ümidvardır: “İran daha inkişaf etdirilmiş sentrifuqaların istehsalına, uranı yüksək səviyyədə zənginləşdirməyə hazırdır. Bu, bizim hazırda sentrifuqaların istehsalına başladığımız demək deyil. Sadəcə olaraq bildiririk ki, bu işə başlamağa, çoxlu sayda sentrifuqa istehsal etməyə hazır vəziyyətdəyik.

 

Əgər Avropa ölkələri Tramp qarşısında nüvə sazişini qoruyub saxlaya bilməsələr, O zaman İran daha ehtiyat və ağılla tərpənərək, bu razılaşmada qalıb-qalmayacağı barədə öz qərarını verəcək”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar