İmran Xan İranla Ərəbistan arasında vasitəçilik missiyası üçün Tehrana səfər edəcək

11.10.2019, 12:12

GünAz TV: Pakistanın baş naziri İmran Xan İranla Ərəbistan arasında yaranmış gərginliklərin azaldılması istiqamətində vasitəçilik missiyası həyata keçirmək üçün sabah Tehrana rəsmi səfər edəcək.

 

Tehrana böyük siyasi heyətlə səfər edəcək İmran Xanın oktyabrın 13-də Həsən Ruhani ilə görüşəcəyi planlaşdırılır.

 

Pakistanın baş naziri Tehrandan sonra Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşmək üçün Ər-Riyada yola düşəcək.

 

Xəbəri Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Feysal jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında təsdiqləyib.

 

Qeyd etmək lazımdır ki, son illər ərzində regional məsələlər uğrunda başlamış münaqişələr rəsmi Tehranla Ər-Riyad arasındakı ziddiyyətləri daha da gərginləşdirib. İki ölkə uzun müddət regionun bir neçə ölkəsində təmsilçi müharibələr aparsalar da, İranın Səudiyyənin neft təsisatlarına raket və pilotsuz uçan aparatlarla həyata keçirdiyi hücum birbaşa hərbi qarşıdurma riskini artırıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiya Odessaya raket zərbəsi endirib, 17 nəfər ölüb, onlarla yaralanan var

2022-07-01

gun az article

Amerika nümayəndəsi: İranın raket proqramı bölgə üçün təhdiddir

2022-07-01

gun az article

Amerika İranla əməkdaşlığa görə 12 Çin şirkətini ixrac məhdudiyyətləri siyahısına daxil edib

2022-07-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2022-07-01

gun az article

Ramil Usubov təhlükəsizlik şuraları katiblərinin Ankara toplantısında

2022-06-30

gun az article

Bayden: “İnanıram ki, Türkiyəyə F-16-ların satışı üçün Konqresdən razılıq ala biləcəyik”

2022-06-30

gun az article

ABŞ Ukraynaya əlavə 800 milyon dollar yardım ayıracaq

2022-06-30

gun az article

Ukrayna səfiri: "Rusiyalılar geri çəkildi, çünki "Bayraktar"lar onları rahat buraxmadı"

2022-06-30

gun az article

Baş katib: “Rusiya ilə NATO arasında dağıdıcı müharibə ola bilər”

2022-06-30

gun az article

BMT və Avropa Birliyi internetə məhdudiyyətlə bağlı xəbərdarlıq edib

2022-06-30

gun az article

İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransına qatılıb

2022-06-30

gun az article

İranda koronavirusa yoluxma yenidən artdı

2022-06-30

gun az article

Amerika İrana yeni sanksiyalar tətbiq edə bilər

2022-06-30

gun az article

İranın neft emalı zavoduna kiber-hücum olub

2022-06-30

gun az article

Əfqanıstan sərhədində gərginlik- Taliban 2 İran sərhədçisini girov götürüb

2022-06-30

gun az article

Misirdən İrana sərt xəbərdarlıq: "Bu, münasibətlərə xələl gətirəcək"

2022-06-30

gun az article

Bayden Ərdoğanı təriflədi: “Əla iş görürsən”

2022-06-30

gun az article

Avropa İttifaqına sədrlik Çexiyaya keçdi

2022-06-30

gun az article

SEPAH məmurları iki etnik bəluçu güllələyərək öldürüb

2022-06-30

gun az article

Kərəc zindanında 10 məhkum edam edilib

2022-06-30