SON XƏBƏRLƏR

İranda çap məhsullarının nəşri qadağan edilib

2021.10.20, 07:36
İranda çap məhsullarının nəşri qadağan edilib

Gunaz.tv

GünAz TV: İranın Koronavirusla Mübarizə üzrə Milli Qərargahı çap sənayesinin işinə məhdudiyyət tətbiq edib.

 

Qərara əsasən, ölkədə sosial izolyasiyanın sona çatacağı vaxta qədər bütün növ çap məhsullarının nəşri qadağandır.

 

Qərargah bunun səbəbini çap prosesi və məhsulların paylanması zamanı çoxlu sayda insanın prosesə cəlb olunması və bunun da öz növbəsində koronavirusun yayılmasına zəmin yaratması ilə əlaqələndirib.

 

Qeyd etmək lazımdır ki, İranda koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq edilmiş məhdudiyyətlər aprelin 3-də sona çatır. Koronavirusla Mübarizə üzrə Milli Qərargah hələ ki, bu müddətin uzadılıb-uzadılmayacağı ilə bağlı heç bir məlumat yaymayıb.

 

Digər tərəfdən, məhdudiyyətlərin tətbiq edilməsindən sonra "Etemad" kimi bir çox özəl qəzetlərin əməkdaşlarının çoxunu işdən çıxarması ilə bağlı məlumatlar var. Çap sənayesinə tətbiq edilmiş məhdudiyyətlərdən sonra isə istər dövlət, istərsə də özəl sektorda fəaliyyət göstərən müəssisələrin öz əməkdaşlarından çoxunu işdən çıxaracağı gözlənilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar