SON XƏBƏRLƏR

"İran məhkəmələri ETTELAAT-ın göstərişlərini icra edir"-Siyasi məhbus

2022.04.19, 12:41
"İran məhkəmələri ETTELAAT-ın göstərişlərini icra edir"-Siyasi məhbus

Gunaz.tv

O,  məhkəmələrin ETTELAAT-ın göstərişlərini icra etdiklərini deyib.

Qərçək zindannda saxlanılan Mətləbzadə eyni zindanda saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ağır durumuna toxunaraq təhlükəsizlik və kəşfiyyat idarəsi əməkdaşlarının ona təzyiqlər göstərdiyini qeyd edib.

“Cənab Ejei görünən odur ki, məhkəmə sistemi tamamilə ETTELAAT-ın nəzarəti altındadır və verilən qərarlar o qurumun diktəsi ilə tənzimlənir.

Necə ola bilər ki, hansısa siyasi məhbusun saxlanılması, zindana köçürülməsi prosesi məhkəmə əməkdaşlarının deyil. Təhlükəsizlik məmurlarının vasitəsilə həyata keçirilsin”-deyə, siyasi məhbus məktubunda yazıb.

Qeyd edək ki, Qərçək zindanında saxlanılan güney azərbaycanlı insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi ağır ürək əməliyyatından sonra ona lazım olan dərmanların zindan məsulları tərəfindən verilmədiyini və bununla da onun ölümünə şərait yaratdıqlarını deyib.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar