SON XƏBƏRLƏR

"Barbar İran hökuməti ilə normal münasibət qurmaq olmaz"-Almaniyanın xarici işlər naziri

2022.10.27, 08:45
"Barbar İran hökuməti ilə normal münasibət qurmaq olmaz"-Almaniyanın xarici işlər naziri

Gunaz.tv

Oktyabrın 26-da Almaniyanın xarici işlər naziri Analena Baerbok İranda insan haqları ilə bağlı vəziyyətə reaksiya verərək, yaydığı bəyanatda ölkəsinin İrandan girişə məhdudiyyətləri gücləndirəcəyini və bu məhdudiyyətlərin Avropa Birliyinin daha əvvəl elan etdiyi sanksiyalar paketindən kənar olduğunu açıqlayıb.

O, başqa bir tvitində İran xalqının ümummilli etirazlarını "cəsur" adlandırıb və rejimin etirazçılarla "vəhşicəsinə rəftarına" işarə edərək yazıb: “İran hökuməti ilə əlaqələrimiz öncədən məhdud idi. 

Amma qeyri-insani rəftar edən bir hakimiyyətlə normal münasibət qurmaq mümkün deyil.

Biz əlaqələrimizi mövcud şəraitə uyğunlaşdırırıq”.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar