SON XƏBƏRLƏR

Netanyahu: “İran, hərbi qüvvələrini Suriyadan, İraqdan və Yəməndən çıxarmalıdır”

2021.10.20, 07:36
Netanyahu: “İran, hərbi qüvvələrini Suriyadan, İraqdan və Yəməndən çıxarmalıdır”

Gunaz.tv

GünAzTV: İsrailin baş naziri Benyamin Netanyahu oktyabrın 11-də özünün şəxsi “Twitter” səhifəsində paylaşdığı bir postda İranın regionda yürütdüyü ekspansionist siyasətindən və İsrailin buna qarşı atacağı addımından yazıb.

 

Netanyahunun “Twitter”-də paylaşdığı post, onun həmin gün İsrailin Aşdod limanında lövbər salmış Amerikanın hərbi gəmisinə baxış keçirməsindən az sonraya təsadüf edib.

 

O, paylaşdığı postda yazıb ki, İsrail İranın regional nüfuzunun genişləndirməsinin qarşısını almaq üçün üzərinə öhdəlik götürüb: “İran hərbi qüvvələrini Suriyadan, İraqdan və Yəməndən çıxarmalıdır. Prezident Tramp dəfələrlə bu mövzuya toxunaraq, Suriyada İranın cinayətkar rejiminin təcavüzkar rəftarı qarşısında İsrailin özünümüdafiə haqqını dəstəkləyib. Amerika hərbi gəmisinin bu limanda lövbər salması isə, Vaşinqtonun İsrailə verdiyi dəstəyin simvoludur.

 

Hesab edirik ki, İran bölgədə müharibələrin qızışdırılmasına gətirib çıxaran rəftarından və regionda fəlakətə rəvac verən dağıdıcı siyasətindən əl çəkməlidir. Çünki İran hərbi qüvvələri hara getsələr, özləri ilə yerli əhaliyə dərd, əziyyət və fəlakət aparırlar. Bunun isə qarşısı alınmalıdır”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar