Tofiq Zülfüqarov: "Rusiya və Ermənistan arasında böhran daha da dərinləşəcək"

24.11.2021, 16:27

“Biz ümid edirdik ki, Ermənistan müharibədən sonra Azərbaycanla Türkiyə qarşısında normal xarici siyasət yeritməyə başlayacaq. Üstəlik, Rusiyanın da Ermənistanı dəstəkləməyə çox meyilli olmadığını nəzərə almaq lazımdır. Ancaq baş verənlər rəsmi İrəvanın qarşıdurma yolunu seçdiyini göstərir”.

Gunaz.tv Quote | Gunaz article

Bu fikirləri  açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın Baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın səsləndirdiyi fikirlər sadəcə fondur: "Əsas məsələ isə daha dərindir. Fikrimcə, bundan sonra rəsmi Moskva ilə İrəvan arasındakı böhran daha da dərinləşəcək. 

Çünki Ermənistan Rusiya və Qərb arasında “ikili oynayır”. Bu, təxminən “iki od arasında qalmaq” deməkdir. Bu isə bizim qarşımızda yeni fürsətlər açır. Bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə irəliləyişə nail olmaq üçün imkanlar yaranır. Hücum diplomatiyasına davam etməliyik. Ən yaxşı müdafiə məhz hücumdur. Ermənilər başqa yol qoymurlar”.

T. Zülfüqarov bildirib ki, brifinqin indiki məqamda keçirilməsi heç də təsadüfi deyil: “Bilirsiniz ki, bir neçə gün sonra Soçidə üçtərəfli, gələn ay isə Brüsseldə ikitərəfli görüş keçiriləcək. Paşinyan indidən həmin müzakirələrə hazırlaşır.

O, görüşlərdə səsləndirəcəyi fikirlər üçün indidən zəmin yaradır. Ancaq biz də öz işimizi görməli, hücum diplomatiyasından geri çəkilməməliyik”.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 23-də feysbuk səhifəsi üzərindən keçirdiyi mətbuat konfransında Ermənistan ərazisi boyunca nəqliyyat kommunikasiyalarının açılmasının əleyhinə çıxıb, gözlənilən 9 noyabr görüşünün baş tutmamasının səbəbkarının özü olmadığını bildirib.

Baş nazirin xüsusilə Rusiyaya hörmətlə yanaşması, KTMT-dən çıxmaq niyyətində olmadığı barədə açıqlamaları isə onun əməli ilə üst-üstə düşmür. 

Çünki Paşinyan son vaxtlar Qərblə yaxınlaşır, NATO, Avropa İttifaqı kimi beynəlxalq qurumlara müraciət edir. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

XİN Laçın yolu ilə bağlı bəyanat yaydı –"Sərhəd-keçid məntəqəsi yaradılmalıdır"

2023-03-25

gun az article

XİN sözçüsü: Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb

2023-03-25

gun az article

"Hərbçilərin sayı artırılmalıdır"-Medvedev

2023-03-25

gun az article

“Havadarları Ermənistanı müharibəyə təhrik edir”-Politoloq

2023-03-25

gun az article

İran tarixdə ən uzun inflyasiya dövrünü yaşayır

2023-03-25

gun az article

İran Azərbaycanla sərhəddə yeni hərbi təlimlərə hazırlaşır

2023-03-25

gun az article

İsrail və İngiltərə baş nazirləri arasında İranla bağlı danışıq olub

2023-03-25

gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24