SON XƏBƏRLƏR

İranlı çempion Azərbaycan millisinə qatılıb

2022.05.05, 13:55
İranlı çempion Azərbaycan millisinə qatılıb

Gunaz.tv

İran millisinin keçmiş cüdoçusu Səid Mövlayi bundan sonra 3 illik müqavilə əsasında Azərbaycan millisinin tərkibində çıxış edəcək.

Tokio Olimpiyadasında medal qazanmış yeganə iranlı cüdoçu mediaya açıqlamasında xəbəri təsdiq edib.

"Moğulstanla müqavilə başa çatdıqdan sonra növbəti yarışlarda və Paris Olimpiadasında iştirak etmək üçün Azərbaycan Respublikası ilə müqavilə imzalamağa qərar verdim"-deyə, Səid Mövlayi bildirib.

Qeyd edək ki, Səid Mövlayi Tokio Olimpiadasında israilli rəqiblə qarşılaşmamaq üçün İran rəsmilərinin təzyiqindən sonra İrana qayıtmayan dünyanın ən tanınmış cüdoçularından biridir.

O, əvvəlcə Dünya Cüdo Federasiyasının qaçqınlar komandasına qoşulub, daha sonra Moğulstanla bayrağı altında "Grand Slam", habelə Dünya və Tokio Olimpiadalarına qatılaraq olimpiya gümüş medalını qazanıb. Eyni zamanda, o, cüdo üzrə olimpiya medalı qazanan yeganə iranlıdır.

Qeyd edək ki, bundan öncə aprel ayında İranın avarçəkmə üzrə milli komandasının üzvü Bəhmən Nəsiri də, Azərbaycan Respublikasına mühacirət edib.

Əslən Güney Azərbaycanın Zəngan şəhərindən olan idmançı müxtəlif beynəlxalq yarışlarda qızıl medallar qazanıb.

İranlı idmançıların Azərbaycan Respublikasına köçməsi İran hökumətinin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olduğu yazılıb.

Bundan öncə də çox sayda tanınmış idmançı İran komandalarından ayrılaraq Azərbaycana köçüblər.

Bunun Azərbaycanda idman və idmançılara göstərilən yüksək diqqət və qayğı ilə əlaqəli olduğu qeyd olunub.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar