SON XƏBƏRLƏR

Somalidə terror aktı törədilib, 90-dan çox şəxs həlak olub

2021.10.20, 07:36
Somalidə terror aktı törədilib, 90-dan çox şəxs həlak olub

Gunaz.tv

GünAz TV: Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

 

APA-nın əlumatına görə, bu barədə Respublika Federal Parlamentinin üzvü Abdurazak Məhəmməd öz “Twitter” səhifəsində məlumat verib.

 

O qeyd edib ki, terror zamanı həlak olanların sayı 90 nəfərdən çoxdur. Ölənlərin arasında 17 polis əməkdaşı, 73 mülki şəxs və 4 əcnəbi var.

 

Bölgədə fəaliyyət göstərən terrorçu qrupların heç biri baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.

 

Ölənlər arasında 2 Türkiyə vətəndaşı olduğu deyilir.

 

Somali Prezidenti Məhəmməd Abdullahi Məhəmməd terror aktı törətməkdə  “Əş-Şabab” terror qruplaşmasını ittiham edib. 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar