SON XƏBƏRLƏR

Tehranda naməlum şəxslər məşhur "Dərəkə Hüseyniyyəsi"nə od vurub

2021.10.20, 07:36
Tehranda naməlum şəxslər məşhur "Dərəkə Hüseyniyyəsi"nə od vurub

Gunaz.tv

 GünAzTV: Dekabrın 28-də naməlum şəxslər Tehranın Şemiranar məntəqəsində yerləşən məşhur "Dərəkə Hüseyniyyəsi"nə od vurub. Bu barədə Tehran Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məleki jurnalistlərə açıqlamasında məlumat verib.

 

Calal Məleki bildirib ki, hadisə dekabrın 28-i sübh saat 1:45 radələrində baş verib: “Kameraların çəkdiyi təsvirlərdə görünür ki, motosiklet sürən 2 naməlum təxribatçı, hüseyniyyənin içinə alovlandırıcı maddə atdıqdan sonra hadisə yerini tərk edirlər. Hadisə nəticəsində, hüseyniyyədə yanğın baş verib və onun daxilindəki bütün xalçalar, lüsterlər və bir sıra digər əşyalar 80 faizə qədər yanıb. Yanğınsöndürənlər olaydan az sonra hadisə yerinə gələrək yanğını söndürüblər və onun dirgər yerlərə yayılmasının qarşısını alıblar. Xoşbəxtlikdən, yanğında heç bir kəs xəsarət almayıb.

 

Hazırda məsələninin təfərrüatı polis tərəfindən araşdırılır”.

 

 

Qeyd edək ki, 600 illik tarixi olan "Dərəkə Hüseyniyyəsi", Tehranın ən məşhur dini və məzhəbi məkanlarından biri sayılırdı və müxtəlif mərasimlərdə hakimiyyətə yaxın ruhanilər burada minbərə çıxaraq mərsiyələr deyərək, cürbəcür mövzularda çıxış edərək hakim rejimi təbliğ edirdilər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar