SON XƏBƏRLƏR

Türkiyə cavab verdi – Əsəd qüvvələri vuruldu

2021.10.20, 07:36
Türkiyə cavab verdi – Əsəd qüvvələri vuruldu

Gunaz.tv

GünAz TV: Müdafiə Nazirliyi əməliyyatı "effektiv zərbə" olaraq dəyərləndirilib


Türkiyə Suriyada ölkə prezidenti Bəşər Əsədə sadiq qüvvələrə zərbələr endirib

 

Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, zərbələr İdlibdə olan müşahidə məntəqələrinin atəşə tutulduğu ərazilərə endirilib.

 

Nazirlik əməliyyatı "effektiv zərbə" olaraq dəyərləndirilib.

 

Xatırladaq ki, ötən gün Türkiyə ordusunun Suriyanın İdlib vilayətində olan müşahidə postunun atəşə tutulması nəticəsində bir hərbçi həyatını itirib, üç nəfər yaralanıb.

 

"Reuters" nəşri yazır ki, hücumla bağlı Rusiyanın Türkiyədəki səfirliyinin hərbi attaşesi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına çağırılıb. Rusiyanın Ankaradakı səfirliyi məsələni şərh etməyib.

 

Mənbə: Anadolu

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar