SON XƏBƏRLƏR

Türkiyə Hava Yolları İranın 4 şəhərinə uçuşları dayandırıb

2021.10.20, 07:36
Türkiyə Hava Yolları İranın 4 şəhərinə uçuşları dayandırıb

Gunaz.tv

GünazTV: İranda koronavirusun yayılmasının ardınca, Türkiyə Hava Yolları (Turkish Airlines) şirkəti fevralın 24-də bəyanat yayaraq, İranın 4 şəhərinə uçuşları dayandırdığını bildirib.

 

Bəyanatda bildirilir ki, Türkiyə Hava Yolları fevralın 27-ə qədər İranın Məşhəd, İsfahan, Təbriz və Şiraz şəhərlərinə olan uçuşlarını ləğv edib və Tehrana uçuşları azaldaraq gündə iki dəfəyə endirib.

 

Türkiyə Respublikası bir neçə gün əvvəl İranla quru sərhədlərini müvəqqəti olaraq bağlayıb. Türkiyədən başqa, koronavirusun yayılmasının qarşısını almaq üçün İraq, Azərbaycan Respublikası, Ermənistan, Pakistan, Əfqanıstan və Türkmənistan da müvəqqəti olaraq İranla sərhədləri bağlayıblar.

 

Qeyd edək ki, İran rejimi koronavirusdan ölənlərin 14, ona yoluxanların isə 61 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində fəaliyyət göstərən müstəqil mənbələr, bu rəqəmin qat-qat çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

 

İran parlamentinin deputatı Əhməd Əmirabadi Fərahani isə fevralın 24-də jurnalistlərlə görüşündə İranın səhiyyə nazirini xalqa yalan danışmaqda günahlandıraraq, fevralın 23-ü, axşam saatlarına qədər təkcə Qumda koronavirusa yoluxmuş 50 nəfərin öldüyünü açıqlayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar