SON XƏBƏRLƏR

Amerika əsgərlərinin suriyadan çıxış prosesi başladı

2021.10.20, 07:36
Amerika əsgərlərinin suriyadan çıxış prosesi başladı

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Nazirliyi (Pentaqon) Suriyadakı bəzi avadanlıqların çıxarılmasına başlandığını bildirib.

 

Pentaqondan adının gizli qalmasını istəyən bir rəsminin mövzu ilə əlaqəli yaydığı məlumatda hərbi texnikaların hansı bölgələrdən çıxarıldığı və hara köçürüldüyünə  toxunulmayıb.

 

Amerika CNN telekanalı isə bildirib ki, ABŞ Mərkəz Qüvvələri Komandirliyi Suriyadan hərbçilərin çıxarılması əməliyyatında istifadə ediləcək gəmi və təyyarələr müəyyənləşdirilib.

 

Qeyd edək ki, Suriyadan çıxma prosesi prezident Trampın 19 Dekabr 2018-də qəbul etdiyi qərarı ilə başlamış və  həmin qərar ilə bağlı yaranan mübahisələr nəticəsində  müdafiə naziri Jim Mattis vəzifəsindən istefa  etmişdir. Mattis istefa etməzdən əvvəl ABŞ ordusundan Suriyadan  əsgərlərin çıxarılması prosesinin başladılmasını istəmişdi. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar