SON XƏBƏRLƏR

Təbrizli körpəyə türk adına görə sənəd verilmir

2024.04.26, 10:36
Təbrizli körpəyə türk adına görə sənəd verilmir

Təbriz Qeydiyyat İdarəsi "Selin" adının türkcə olmasına görə azərbaycanlı körpəyə sənəd verməkdən imtina edir.

Gunaz.tv

Bu barədə Selinin atası Sabir Ahəni özünün sosial media hesabında paylaşım edib.

O, bildirib ki, Təbriz Qeydiyyat İdarəsi müxtəlif bəhanələr gətirərək "Selin" adına sənəd verməkdən imtina edir.

"Körpənin kimlik sənədi olmadğına görə, tibbi xidmətlərdən yararlana, peyvənd oluna bilmir",- deyə Ahəni yazıb.

Sabir Ahəninin bundan əvvəl mart ayında da Qeydiyyat İdarəsinə müraciəti nəticəsiz qalmışdı.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar