SON XƏBƏRLƏR

Amerika İranın nüvə proqramı ilə əməkdaşlıq edən 5 şəxsə və 7 şirkətə sanksiya qoyub

2021.10.20, 07:36
Amerika İranın nüvə proqramı ilə əməkdaşlıq edən 5 şəxsə və 7 şirkətə sanksiya qoyub

Gunaz.tv

GünazTV: ABŞ Maliyyə Nazirliyi iyulun 18-də bəyanat yayaraq, İranın nüvə proqramı ilə əməkdaşlıq edən 5 şəxsə və 7 beynəlxalq şirkətə sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, barəsində sanksiya qoyulan 5 şəxs İran vətəndaşlarıdır: “Embarqoya məruz qalan şirkətlərdən isə 2-si İran şirkətləridir. İranın “Baxtər Rəəd Sepahan” şirkəti və onun işçilərindən olan Əfsanə Kərimi Adqani və həmin şirkətin Belçikadakı filialının müdiri Süheyl Talibi ABŞ sanksiyalarına məruz qalanlardandırlar.

 

Bu şəxslər, Çində və Belçikadakı adamları vasitəsilə İranın nüvə proqramında və uranın zənginləşdirilməsində istifadə edilən alüminium və digər həssas matreialları əldə edərək İrana göndərirmişlər” –deyə bəyanatda bildirilir.

 

 

Bəyanatda sanksiyaya məruz qalan digər iranlıların və xarici şirkətlərin adları açıqlanmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar