SON XƏBƏRLƏR

İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar

2024.04.18, 12:19
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar

Tehran rejimi aprelin 13-dən 14-ə keçən gecə İsrailə raket və PUA-larla hücumdan sonra yenidən bölgə ölkələrini təhdid etməyə davam edir.

Gunaz.tv

Bu qəbildən olan təhdidlərdən biri İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mehdi Səadəti tərəfindən səsləndirilib.

"İsrailə hücum etmədən əvvəl bütün bölgə ölkələrini məlumatlandırmışdıq və onlara İsraillə əməkdaşlığın nəticələri barədə xəbərdarlq etmişdik,- o deyib.

Səadəti İordaniyanın İsraillə əməkdaşlıq etdiyini və buna görə peşman ediləcəyi barədə təhdidkar ifadələr işlədib.

Bununla yanaşı SEPAH-a bağlı mediada, İordaniyanın İran raketləri və PUA-larının vurulması sahəsində İsraillə əməkdaşlığının sübut olunacağı təqdirdə bu ölkənin cəzalandırılacağını yazıb.

Bu təhdid bəyanatlarından sonra İordaniya Haşimi Krallığının xarici işlər naziri Ayman əl-Safadi ölkəsinin Tehranın raket və PUA-larının zərərsizləşdirilıməsindəki rolunu təsdiqləyib.

"İraqdan gələn və İordaniyanın cənubu və Əqabə şəhəri üzərindən keçərək İsrailin Eylat limanına doğru hərəkət edən İranın pilotsuz təyyarələri zərərsizləşdirilib. Biz xalqımızı təhdid edən, suverenliyimizi pozan və iordaniyalılar üçün təhlükə yaradan istənilən hədəfi vuracağıq və bunu həm İsrailə, həm də İrana açıq şəkildə bildirmişik.",- nazir bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar