GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Dünya ölkələri girovlarla bağlı HƏMAS-a müraciət etdi
SON DƏQİQƏ: Avropa Parlamenti İran əleyhinə qətnamə qəbul edib
Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıq edəcək
İşğaldan azad edilmiş Malıbəyli kəndində 6 nəfərə aid qalıqlar aşkarlanıb
İranla Rusiya təhlükəsizlik anlaşması imzalayıblar
Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Azərbaycanlı müəllim həbsxanaya köçürüldü
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
Avropa Parlamenti İrana və SEPAH-a qarşı sanksiyaların genişləndirilməsini istədi
Portuqaliya bəşəriyyətə zidd tarixinə görə kompensasiya ödəmək istəyir
Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib
Buşehrdə onlarla sosial media fəalı həbs edilib
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
HƏMAS mülki sığınacaqlardan raket atır
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
Kamala Harris: ABŞ İsraili İran qarşısında dəstəkləyəcək
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Sayın Qala şəhərinin girişində azərbaycanca qarşılama sözləri ləğv edilib
Cümə namazlarında iştirak edən yoxdur- Xaməneinin ofisinin nümayəndəsi
Fəht Təşkilatı HƏMAS-ı öldürmə və oğurluqda ittiham edib
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
ABŞ iranlı hakerlər barədə məlumat verənlərə mükafat təyin edib
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Vaşinqton 3 şəxs və 2 cəmiyyətə sanksiya tətbiq edib
İsrail İranın S-300 raketlərini məhv edib!
Şimali Koreyanın rəsmilərindən ibarət heyət İrana səfər edib
Argentina iran daxili işlər naziri Əhməd Vəhidinin həbsini tələb etdi
Estoniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Separatçıların lideri iddia edib ki, Qarabağda yaşayan ruslar “artsax vətəndaşlarıdır” və hər zaman onların qayğısına “qalınacaq”.
Xankəndində isə nə qədər rus yaşadığını demək çətindir, çünki separatçılar Azərbaycan ərazilərinə qayıtmış ermənilərin sayını belə qəsdən şişirdirlər.
Hər halda, hətta dinc dövrdə belə Xankəndində və ermənilər yaşayan ətraf bölgələrdə rusların sayı çox az idi. İndi də ola bilsin ki, Qarabağda qarışıq nikahı olan ruslar var, amma onların saylarının “icma yaratmaq” həddə olmadığı dəqiqdir.
Hətta Ermənistanın özündə belə rusların sayının çox az olması artıq hər şeyi deyir. Amma Arutyunyan onları “artsax respublikası” “vətəndaşı” kimi qələmə verir ki, bu da təsadüfi deyil.
Belə ki, Arutyunyan rusları “artsax vətəndaşı” adlandırmaqla şantaj edir. O, hazırda Xankəndində yaşayan ruslardan Rusiyanın özünə qarşı istifadə edir, belə rəy yaratmaq istəyir ki, guya Qarabağda “rus icması” var və onlar da bu sərsəm “müstəqilliyi” arzulayırlar.
Amma burada ermənilərin başqa bir məkrli niyyətləri də var. Xankəndindəki separatçılar düşünürlər ki, Azərbaycanın mümkün antiterror əməliyyatları zamanı burada guya çoxsaylı rus icmasının da “zərər çəkə biləcəyi” təəssüratını yaratsınlar. Bu isə həm də sülhməramlıların özlərinin də şantaj edilməsi anlamına gəlir.
Yəni Ordumuz antiterror əməliyyatına başlasa, bunu rus mülki insanlarına qarşı hücum kimi qiymətləndirsinlər və Rusiyanı üzərimizə qaldırsınlar.
Qeyd edək ki, bir neçə ay əvvəl Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, kökəncə erməni olan Aleksandr Bordov bu icmaya sədr göndərilib. Artıq dekabrın 1-dən başlayaraq Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başlanıb.
Ekspertlər Moskvanın bu planının gələcəkdə bölgədə ikinci “Donbas ssenarsi”ni gerçəkləşdirmək üçün “əsaslar” yaratmağa xidmət etdiyini bildirirlər.
“Caliber.az”ın məlumatında göstərilir ki, 1989-cu il siyahıyaalmasında keçmiş DQMV-də cəmi 1922 nəfər rus yaşayırmış, onun da 800 nəfərini Xocavəndin Kuropatkino kəndində yaşayan malakanlar təşkil edib, qalanları da ezam olunmuş partiya işçiləri olublar.
90-cı illərin əvvəlində həmin kəndin sakinlərinin bir hissəsi Azərbaycanın başqa rayonlarında yaşayan malakanların yanına köçüb, bir hissəsi də Rusiyaya. Faktiki bugünlərdə Qarabağ sakini sayıla biləcək rusların mövcudluğu barədə heç bir informasiya yoxdu, əgər varsa da, bu, erməniyə ərə getmiş rus qadınlar ola bilər ki, onların da sayı 5-10 nəfər ola-olmaya.
Və o qadınların içərisindən Qalina Somova deyilən “Rusiya diasporası”nın Qarabağdakı təmsilçisi 44 günlük müharibə başlayanda Rusiya prezidentinə teleqram vuraraq kömək istəmişdi. İndi isə Xocalıda provaslav kilsəsi tikilir, sonra rus sərkərdəsi Nevski başda olmaqla, rus yazıçılarının büstləri qoyulur, ardınca rusların siyahıya alınması prosesi gedir.
Bu siyasətdə Kremlin dairələri ilə separatçıların işbirliyi görünürmü?
Araikin antiterror əməliyyatlarını “ertələmək” üçün rus sakinlər amilini ortaya atması fikri ağlabatandırmı?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev açıqlamasında aparılan bu məkrli oyuna etirazını bildirdi. Onun sözlərinə görə, burada heç bir xoş məram yoxdur. F.Quliyevin fikrincə, Rusiyanın belə davranışları ilk dəfə deyil. “Donbasda da əvvəlcə rus pasportu payladılar, sonra “əhalimizi qurtarırıq” dedilər.
Krımda da analoji siyasəti yürütdülər. Rusiya çalışır ki, bu bölgəni də nüfuz dairəsində saxlasın, heç olmasa mövcudluğu olsun. Hətta NATO-ya yönəlik ultimatumda az qala bəyan edirlər ki, bu alyansı buraxın, şərqə doğru inteqrasiyadan çəkilin. Çünki Rusiya özünü postsovet məkanında ağa kimi aparır.
Əslində sülhməramlıların yerləşməsi də Azərbaycanın o zaman pislə ən pis arasında etdiyi seçim idi. Bununla yanaşı, öz ərazilərimizdə suverenliyimizin bərpasında maraqlıyıq, oyunlar qururlarsa, ayıq olmalıyıq”, – deyə partiya sədri vurğuladı.
F.Quliyev xatırlatdı ki, Azərbaycan Prezidenti xarici vətəndaşların Laçın koridorundan buraxılmaması ilə bağlı xəbərdarlıq etmişdi: “Amma Ermənistanın müdafiə naziri də gəldi, başqaları da səfər edirlər. Ona görə ictimai müqavimətimiz çox olmalıdır.
Orada nə qədər rus ola bilər ki?! Uzaqbaşı 5-10 erməni rus qadınla evlənə bilər. Bu siyasətin mərkəzində rus hərbi qüvvələrini bölgədə dayandırmaq məqsədi var və separatçıları da ruhlandırırlar. Bu baxımdan ciddi şəkildə etiraz olmalıdır. Erməni icmasının geri çəkildiyi vaxtda rus icması yaratmaq xoş məram deyil və çox ciddi etiraz bildirməliyik”.
AMİP sədri Arzuxan Əlizadənin də fikrincə, burada erməni hiyləsi və riyakarlığı var, amma prosesin kökündə Rusiya siyasətinin dayandığını düşünür: “Moskva bu ”kart”dan Abxaziyada, Dnestryanı ərazilərdə, Donbasda da istifadə edib. Bir neçə ay qabaq rus telekanallarından biri Qarabağdakı erməni əhalisi arasında sorğu keçirmişdi, “Rusiya vətəndaşlığı istərdinizmi” sualı ilə müraciət etmişdi.
O vaxt Azərbaycan ictimaiyyətindən ciddi təpki oldu və məsələ səngidi. Amma yenidən gündəmə gəlib”.
AMİP sədri hesab edir ki, Rusiya separatçıları qoruyur: “Yaralı yerimiz olan Xocalıda kilsə tikilir, rus xadimlərinə abidə qoyulur və rus icması adlı qurum formalaşdırılır. Bu da ərazilərimizə təhdiddir və buna görə gələcəkdə başımız ağrıya bilər.
10 noyabr sənədində göstərilib ki, erməni hərbçiləri çıxarılmalı idi, amma qalıblar, bu məsələni həll edə bilmədik, 1 ildən artıq vaxt gedib və indi ruslar tərəfindən himayə edilirlər. Ona görə təbii ki, antiterror əməliyyatı başlasaq, Ermənistandan qabaq Rusiya buna ilk münasibət göstərəcək. İndidən məsələ kökündən həllini tapmalıdır, qaldıqca böyüyür, şişir”.(musavat.com)
Ayxan
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
Təbrizdə qadın azarkeşlərin stadiona girişinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
"Dünyada sabitliyə ən böyük hədə İrandır"- İsaq Herzoq
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İsrail niyə İsfahanı hədəf aldı?
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
Güneyli aktivist məzuniyyətə göndərilib