Qaradağ meşələri Dünya Təbiət Abidələri siyahısına salına bilər

23.10.2021, 15:07

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatı Qaradağın “Dızmar” meşələrinin Dünya Təbiət Abidələri Siyahısına salınması üçün prosesin başladıldığını deyib.

Gunaz.tv Quote | Gunaz article

Şərqi Azərbaycan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının rəhbəri Əhməd Həmzəzadə Qaradağın “Dızmar” meşələrinin Dünya Təbiət Abidələri Siyahısına salınması istiqamətində dəyərləndirmə işlərinin aparılması üçün “Beynəlxalq Təbiəti Mühafizə Birliyi”nın (IUCN) nümayəndələrinin 25-28 oktyabr tarixlərində bölgədən görüş keçirəcəklərini deyib.

Onun sözlərinə görə, Dızmar bölgəsinin qorunan meşələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınması üçün namizədliyi irəli sürülübb və Hirkan meşələrinin dosyesi ilə birgə araşdırılacaq. 

“Son iki il ərzində bu məqsədlə beynəlxalq məsləhətçilər, Mədəni İrs Nazirliyi və onun əyalət üzrə nümayəndəliyinin ekspertləri, ətraf mühitin mühafizəsi, meşələr, otlaqların mühafizəsi, su hövzələrinin idarə olunması qurumunun əməkdaşları bölgəyə çoxsaylı sahə səfərləri edib, sənədli filmlər çəkiblər”-deyə, Həmzəzadə bildirib.

O, bu məsələdə Azərbaycan Respublikasının əlaqədar mərkəzlərindən birinində rolunun olduğunu və hazırlanan sənədlərin YUNESKO katibliyinə göndərildiyini qeyd edib.

Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan olunub. Buna baxmayaraq vaxtaşırı bölgədə ağacların tək-tək və ya kütləvi şəkildə kəsilməsinə, eləcə də yanğınların baş verməsinə şahid oluruq.
Bu meşələrdə çoxlu heyvan yaşayır və müxtəlif bitki növləri mövcuddur.

2019-cu ildə Azərbaycan İnsan Hüquqları Cəmiyyəti (ƏRK) Qaradağ meşələrində baş verən yanğınla bağlı Birləşmiş Millətlər Təşkilatına (BMT) raport təqdim edib. Raportda yanğınların səbəbləri, meşə sahələrinin yanaraq sıradan çıxması, yanğının vaxtı-vaxtında söndürülməməsi, bölgədə yanğın söndürmək üçün lazımi imkanların olmaması və s. kimi məsələlərə işarə edilib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021-12-07

gun az article

Azərbaycan səfiri İranın energetika naziri ilə görüşüb

2021-12-07

gun az article

Binabın sənaye şəhərciyi ekoloji problem yaradır

2021-12-07

gun az article

Tikantəpənin “Afşar” xalça növü beynəlxalq qeydiyyata alınıb

2021-12-07

gun az article

Ərdəbil əyalətində şiddətli quraqlıq hökm sürür

2021-12-07

gun az article

Güney azərbaycanlı insan haqları müdafiəçiləri Cenevrədə çıxış ediblər

2021-12-07

gun az article

Yoxsulluq nəticəsində Urmuda dilənçilərin sayı çoxalıb

2021-12-07

gun az article

Qərbi Azərbaycanda on minlərlə şagird məktəbli ləvazimatından məhrumdur

2021-12-07

gun az article

Həmədanda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-12-07

gun az article

Güneyli rejissorlardan daha bir uğur: Beynəlxalq festivalda mükafat qazandılar-VİDEO

2021-12-07

gun az article

Təbrizin ekoloji problemləri ilə bağlı həyəcanlı açıqlama: Millət vəkili hökuməti tənqid etdi

2021-12-07

gun az article

Təbrizli ixtiraçı hökuməti tənqid etdi

2021-12-06

gun az article

Təbrizin millət vəkili: “Milli və etnik dillərin tədrisi lazımdır”

2021-12-06

gun az article

“Traxtur”un sabiq futbolçusu vəfat etdi

2021-12-06

gun az article

Şərqi Azərbaycanda qanunsuz qazıntıları narazılıq yaradıb

2021-12-06

gun az article

Urmuda silah-sursat aşkar olunub

2021-12-06

gun az article

Təbrizdə aksiya: “Səhənd cam” şüşə şirkətinin işçiləri tətilə başladı

2021-12-06

gun az article

Tehranda qeyri-fars adlarına yasaq qoyuldu-Polis rəisindən xəbərdarlıq

2021-12-06

gun az article

Ərdəbilli fəalın evində axtarış aparılıb

2021-12-06

gun az article

Süngün mis mədənində fövqəladə vəziyyət: İşçilərə təzyiqlər gücləndirilib-VİDEO

2021-12-05