SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda məktəblərin 30 faizi qəzalı vəziyyətdədir

2024.04.23, 15:50
Şərqi Azərbaycanda məktəblərin 30 faizi qəzalı vəziyyətdədir

Şərqi Azərbaycan əyalətində mövcud olan məktəblərin 30 faizi qəzalı vəziyyətdədir və onların yenidən qurulmasına ehtiyac var.

Gunaz.tv

Bu barədə əyalətin Təhsil İdarəsinin başçısı Məsud Səadəti məlumat verib.

O, bundan əvvəl xeyriyyəçilərin hesabına çox sayda məktəbin inşa və təmir edildiyini deyib və xeyriyyəçiləri qəzalı məktəblərin bərpası üçün yenidən vəsait ayırmağa çağırıb.

Səadəti hökumətin və Təhsil Nazirliyinin məktəblərin inşası və bərpasına büdcə ayırmaması səbəbləri barədə açıqlama verməyib.

Qeyd edək ki, hazırda qəzalı məktəblərlə yanaşı Şərqi Azərbaycan əyalətində təxminən 400 konteyner (Kaneks) məktəb mövcuddur.

İllərdir kaneks (konteyner) məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar