SON XƏBƏRLƏR

Avropa İttifaqı İranla yaradılan xüsusi maliyyə mexanizminin rəsmən qeydiyyatdan keçməsindən xəbər verib

2021.10.20, 07:36
Avropa İttifaqı İranla yaradılan xüsusi maliyyə mexanizminin rəsmən qeydiyyatdan keçməsindən xəbər verib

Gunaz.tv

GünAzTV: Avropa İttifaqı İranla yaradılan xüsusi maliyyə mexanizminin rəsmən qeydiyyatdan keçirilməsindən xəbər verib.

 

Bu barədə, Avropa Birliyinə üzv ölkələrin xarici işlər nazirlərinin yanvarın 31-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən toplantısının sonunda Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri Ceremi Hant, Hayko Mas və Jan-İv Le Drian birgə bəyanat yayıblar.

 

Bəyanatda bildirilir ki, Tehranın “INSTEX” adlandırılacaq xüsusi maliyyə mexanizmindən (xüsusi ödəmə kanalı) bəhrələnməsi, İranın nüvə sazişi (“Bərcam”) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam və dəqiq şəkildə əməkdaşlıq etməsindən asılıdır: “INSTEX” Avropa Birliyinin İranla qanuni ticarət əlaqələrini dəstəkləyir. Bu ticarətdə, əsasən İran xalqı üçün çox həyati məsələ sayılan sektorlara, o cümlədən də dava-dərman, tibbi avadanlıqlar və qida məhsullarına üstünlük veriləcək. “INSTEX”in uzunmüddətdəki hədəfi odur ki, gələcəkdə digər ölkələr də bu yolla İranla ticarət əlaqələrinə girə bilsinlər.

 

“INSTEX”in yaradılması üç Avropa ölkəsi tərəfindən irəliyə atılan ilk böyük addımdır. Bu mexanizmin işə salınması addım ba addım və mərhələli şəkildə həyata keçiriləcək. Böyük Britaniya, Almaniya və Fransa bu mexanizmin (“INSTEX”in)  bütün dəqiq təfərrüatları üzərində işləyəcək, xarici şirkətlərin İranla ticarətinin istiqamətini müəyyənləşdirəcəklər. Biz həmçinin yaxından bir-birimizlə əməkdaşlıq edərək, bu mexanizmin fəaliyyəti üçün bütün texniki və hüquqi problemlərin həllinə çalışacağıq.

 

Bildiririk ki, “INSTEX” beynəlxalq yüksək standardlar çərçivəsində fəaliyyət aparacaq və öz fəaliyyətində çirkli pulların yuyulmasına qarşı mübarizə və terrorizmin maliyyələşdirilməsi kimi məsələləri nəzarətdə saxlayacaq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar