Azərbaycan rəsmilərindən “İran” qəzetinin təhriflərinə etiraz

2017-12-29 12:27

GünAz TV: Güney Azərbaycanın iki yüksək vəzifəli şəxsi “İran” qəzetinə Azərbaycan tarixini təhrif etdiyinə görə etiraz bildirib.

 

“İran” qəzeti ötən şənbə günü nəşr etdiyi sayında türk tarixi və kimliyinə qarşı yazılan bir məqaləni dərc edərək anti-türk mövqeyini bir daha nümayiş etdirib. “Azərbaycan, kiçik İran” adlı məqalədə ermənilər və kürdlər Azərbaycanın ən qədim sakinləri, türklər isə mühacir və işğalçı kimi göstərilib.

 

Məsələyə Qərbi Azərbaycan valisinin Təhlükəsizlik və Siyasi məsələlər üzrə müavini Əlirza Radfər “Yol Press”in müxbiri ilə danışıqda münasibət bildirib.

 

 

 

“Bu iddianın əsası yoxdur, təmami ilə qeyri-elmidir. Çox təəssüflər olsun ki, qəzetin məsulları belə bir mətləbin dərc edilməsinə icazə veriblər. Biz bu hərəkəti milli mənafeyə uyğun hesab etmirik və türklərə qarşı təhqiramiz ifadələri şiddətlə qınayırıq. Məsələni qəzet məsulları, o cümlədən baş redaktor vasitəsi ilə araşdırıb və müzakirə edirik. Mətndə yol verilən yanlışlığa düzəliş ediləcək”- deyə o bildirib.

 

Şərqi Azərbaycan valisinin Təhlükəsizlik və Siyasi məsələlər üzrə müavini Rəhim Şöhrətifər də Azərbaycan tarixinə qarşı yol verilən təhrifə öz etirazını bildirib.

 

 

O bu barədə “İrna” xəbər agentliyinə danışıb.

 

“Mən “İran” qəzetinin məsulları ilə əlaqə saxlayaraq sözgedən qeyri-elmi məqaləyə öz etirazımı bildirmişəm. Məsullardan biri mənimlə razılaşaraq məqalənin yayılmasında yanlışlıq və diqqətsizlik olduğunu bildirib. O həmçinin yaxın gələcəkdə mövzu ilə bağlı elmi izahlar və tənqidçilərin yazılarının dərc olunacağı haqda vəd verib”- deyə vali müavini bəyan edib.

 

“İran” qəzeti İslam Cümhuriyyətinin rəsmi mətbuat orqanıdır. Bu qəzet anti-türk mövqeyi ilə seçilən bir kütləvi informasiya vasitəsidir. “İran” 2006-cı ildə dərc etdiyi təhqiramiz bir karikaturda türkləri böcəyə oxşadaraq onların nəcisdən qidalandığını təsvir etmişdir. Qəzetin bu irqçi hərəkəti Azərbaycan şəhərlərində böyük qiyama səbəb oldu. Kütləvi etiraz aksiyalarında onlarla soydaşımız İran təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlər insan yaralandı və çox sayda etirazçı həbs edildi. Həbslər etiraz aksiyalarından aylar sonra da davam etdi.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV May.18.2021-Özümüz: Partlar (Əşkanlılar)

2021-05-18

gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17