SON XƏBƏRLƏR

Bəhreyn Amerikanın körfəzdə təhlükəsizliyi qorumaq üçün yaratmaq istədiyi koalisiyaya qoşulacaq

2021.10.20, 07:36
Bəhreyn Amerikanın körfəzdə təhlükəsizliyi qorumaq üçün yaratmaq istədiyi koalisiyaya qoşulacaq

Gunaz.tv

GünAz TV: Bəhreyn Krallığı rəsmən Amerikanın körfəzdə təhlükəsizliyi qorumaq üçün yaratmaq istədiyi beynəlxalq koalisiyaya qoşulacağını bəyan edib.

 

Bəhreyn mediasının məlumatına görə, bunu ölkə kralı Həməd bin İsa Əl-Xəlifə ABŞ Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi ilə görüşü zamanı deyib. O, həmçinin rəsmi Vaşinqtonun öz müttəfiqləri ilə körfəzdə və digər beynəlxalq sularda təhlükəsizliyi qorumaq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

 

Qeyd etmək lazımdır ki, Amerika beynəlxalq ictimaiyyətə İranın körfəzdə və Oman dənizində bir neçə gəmiyə qarşı həyata keçirdiyi hücumdan sonra bu bölgədə beynəlxalq dənizçiliyin təhlükəsizliyini qorumaq üçün koalisiya qurmaq təklifi irəli sürüb.

 

Pompeonun sözlərinə görə, bu günə qədər 60 ölkəyə bu birlikdə yer almaqla bağlı təklif göndərilib. Əsas Avropa ölkələrindən İngiltərə koalisiyaya qoşulmağa razı olsa da, Almaniya bu təklifə müsbət cavab verməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar