SON XƏBƏRLƏR

Brayan Huk: “İran rejimi rəsmilərinin Amerikaya girişinə qoyulan qadağanı ciddi şəkildə həyata keçirəcəyik”

2021.10.20, 07:36
Brayan Huk: “İran rejimi rəsmilərinin Amerikaya girişinə qoyulan qadağanı ciddi şəkildə həyata keçirəcəyik”

Gunaz.tv

GünazTV: ABŞ-ın Dövlət Departamentində yaradılmış İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk oktyabrın 7-də “Amerikanın Səsi”nə müsahibəsində prezident Trampın İranın yüksək vəzifəli rəsmiləri və onların yaxın adamlarının Amerika Birləşmiş Ştatlarına girişinə qoyduğu qadağadan danışıb.

 

Huk deyib ki, İranın yüksək ranklı rəsmiləri və onların ailə üzvlərinin Amerikaya girişinə məhdudiyyət qoyulmasında məqsəd, onların Amerika Birləşmiş Ştatlarında olan azadlıq və demokratiya imkanlarından bəhrələnməsinin və bundan su-istifadə etməsinin qarşısını almaqdır: “Biz İran rejimi rəsmilərinin və onların 1-ci dərəcəli ailə üzvlərinin Amerikaya girişinə qadağa qoyduq və bu qərarı ciddi şəkildə həyata keçiririk. Biz bu qadağanı qoymaqda bu mesajı vermək istəyirik ki, bu rejim riyakardır. Misal üçün, İranda vətəndaşların sosial şəbəkələrdən istifadə etməsinə qadağa qoyulduğu bir halda, rejimin yüksək rütbəli rəsmiləri öz sözlərini demək üçün “Twitter”dən və digər sosial şəbəkələrdən sərbəst şəkildə istifadə edirlər.

 

Biz İran rejiminin və onun rəhbərlərinin ikiüzlülüyünü dünyaya göstərməyə çalışırıq. Onların iki standartı var. Biri millət üçündür, biri isə özləri üçün. Biz bu ikili standartın olmasını istəmirik.

 

 Ölkə əhalisi korrupsiyadan, mövcud qadağa və məhdudiyyətlərdən, azadlıqların olmamasından və ölkəyə hakim ədalətsizlikdən əziyyət çəkdiyi bir vaxtda İran İslam REspublikasının rəsmiləri və onların ailə üzvləri sərbəst şəkildə Amerikaya gəlib burada azad bir cəmiyyətin imtiyazlarından bəhrələnə bilməməlidirlər” –deyə ABŞ-ın Dövlət Departamentində yaradılmış İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk əlavə edib.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 25-də İranın yüksək ranklı rəsmiləri və onların ailə üzvlərinin Amerika Birləşmiş Ştatlarına girişini məhdudlaşdıran fərman imzalayıb.

 

 

Fərmanda bildirilir ki, bu qərarın verilməsinə səbəb İranın terrorizmə dəstək olması və bu yolda “Sepah”, eləcə də “Qüds Briqadası”nın fəaliyyətlərindən yararlanması, Amerika vətəndaşlarını səbəbsiz yerə həbs etməsi, öz qonşularını təhdid etməsi, kiber hücumlar həyata keçirməsi və s. oxşar addımlardır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar